112 saylı Qax DSK 2 saylı məntəqəsində ilk qanun pozuntusu qeydə alınıb

08:57 | 9 Fevral, 2020

112 saylı Qax seçki dairəsinin 2 saylı məntəqəsində ilk qanun pozuntuları qeydə alınıb. Belə ki, məntəqə katibi olan ‎Faiq Ömər Sofuoğlu səsvermənin başlandığı ilk dəqiqələrdən başlayaraq, şəffaf seçki qutusunun qarşısında ayaqüstə dayanaraq, video kameranın çəkilişinə mane olub. Məsələ ilə bağlı irad bildirildikdən sonra məntəqə katibinin stolunun yeri dəyişdirilib.

Facebookda şərh edin