112 saylı Qax DSK-da kobud qanun pozuntusu – deputatlığa namizədi məntəqəyə buraxmadılar

14:37 | 9 Fevral, 2020

112 saylı Qax seçki dairəsinin 30 saylı Güllük kənd məntəqəsində kobud qanun pozuntusu qeydə alınıb. Belə ki, 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov məntəqəyə buraxılmayıb və məntəqənin katibi Sofiyev Damada məntəqənin qapısında dayanaraq, deputatlığa namizədin içəri daxil olmasına mane olub və məntəqə sədri Sənubər Məmmədova da ona qoşularaq, deputatlığa namizəd Əhməd Şahidovun məntəqəyə daxil olmasının yolverilməz olduğunu deyib.

Deputatlığa namizədlərin istənilən məntəqəyə daxil olmaq və seçki prosesi ilə tanış olmaq hüququnun olduğunu bildirən Əhməd Şahidov məsələ ilə bağlı 112 saylı DSK-a müraciət edib.

Seçki qanunvericiliyini bilməyən məntəqə sədri və katibinin seçkiləri hansı prinsiplərlə həyata keçirdiyi şübhə doğurur.