112 saylı Qax DSK 27 saylı məntəqə sədri qanunları pozur – “karuselə” şərait yaradır

14:57 | 9 Fevral, 2020

112 saylı Qax seçki dairəsinin 27 saylı Ləkit kənd məntəqəsində kobud qanun pozuntusu qeydə alınıb. Belə ki, Qiyas Aslanov “karusellərə” şərait yaradır və müşahidəçilərin qeydə aldığı seçici sayı ilə qutuya atılan bülleten sayı arasında kəskin fərq var.

Müşahidəçilər səs verənlərin sayının açıqlanmasını tələb etsələr də, məntəqə sədri Qiyas Aslanov bunu etməkdən ciddi cəhdlə imtina edir. Qeyd edək ki, məntəqə sədri Qiyas Aslanov Ləkit kənd icra nümayəndəsi Təhminə Aslanovanın həyat yoldaşıdır.