112 saylı Qax DSK 6 saylı məntəqə: “karusellər”, topa büllütenlər, başqasının əvəzinə imza atma

15:11 | 9 Fevral, 2020

112 saylı Qax seçki dairəsinin 6 saylı məntəqəsində kobud qanun pozuntuları qeydə alınmaqdadır. Qaxda ən çox qanun pozuntusu qeydə alınan məntəqələrdən sayılan 6 saylı məntəqənin sədri Elçin Omarov “karusellərə” şərait yaradır. Belə ki, məntəqənin həyətində 6-7 nəfər şəxs dayanaraq, mütəmadi olaraq, məntəqəyə daxil olur və səs verirlər. Buna göz yuman məntəqə sədri seçki qutusuna topa bülletenlərin atılmasına da şərait yaradır.

Müşahidəçilər tərəfindən qeydə alınan faktlardan biri də həmin məntəqədə başqasının əvəzinə imza atma faktıdır ki, bunu görən məntəqə sədri Elçin Omarov qanun pozuntusuna səssiz qalmağı üstünlük verib.

Facebookda şərh edin