Qax rayonu Zərnə kənd bağçasının müdirəsi: “Hamı Azər Kərimliyə səs verməlidir”

15:34 | 9 Fevral, 2020

112 saylı Qax seçki dairəsində seçki pozuntuları qeydə alınmaqdadır. Belə ki, İcra Hakimiyyətinin təlimatı ilə bütün dövlət qurum və müəssisələrinin əməkdaşları Azər Kərimliyə səs verməyə məcbur edilir.

Bugün redaksiyamıza göndərilən səs yazısı da bu tip faktlardan biridir. Belə ki, Zərnə kənd bağçasının müdirəsi Əsgərova Xəyalə Əlyar qızı bütün işçiləri səs göndərərək, seçki günü Azər Kərimliyə səs verməyi tapşırır.