112 saylı Qax DSK 2 saylı məntəqədə ərizə yazmayan ailəyə daşınan qutu aparılıb – ərizəni yazan Kamal kimdir?!

17:05 | 9 Fevral, 2020

112 saylı Qax DSK 2 saylı məntəqədə daşınan qutu evlərə çatdırılarkən maraqlı hadisə baş verib. Belə ki, 2 saylı məntəqənin katibi Faiq Sofiyev bir ailəyə gedib və ərizəyə əsasən daşınan qutu gətirildiyini bildirib. Halbuki ev yiyəsi heç bir ərizə yazmadıqlarını bildirərək səs verməyəcəklərini deyib və “aparın verin Kamala, qoy o səs versin” ifadəsini işlədib.

Güman edilir ki, 112 saylı Qax DSK sədri Abdukərim Əliyev və Azər Kərimlinin səlahiyyətli nümayəndəsi, Qax Peşə Liseyinin direktoru Kamal Muxtarlı Qax şəhəri ərazisində qeydiyyatda olan yaşlı və xəstə insanların adından saxta ərizələr yazdıraraq, onların əvəzinə bülletenləri işarələyir və seçki qutusuna atırlar.

Bucür faktlardan biri tərəfimizdən ifşa olunub.