Qax sakinlərindən Prezidentə müraciət: “Biz Azər Kərimliyə səs verməmişik, nəticələr ləğv edilsin”

18:58 | 13 Fevral, 2020

112 saylı Qax seçki dairəsində seçkinin nəticələrinin kütləvi şəkildə saxtalaşdırılmasından sonra sosial şəbəkələrdə Qax sakinləri öz etirazlarını bildirir və Azər Kərimliyə səs vermədiklərini bəyan edirlər. Azər Kərimlinin böyük səs çoxluğu qazandığı məntəqələrin ərazisində yaşayan Qax sakinləri səslərinin saxtalaşdırıldığını bildirir və ölkə başçısı İlham Əliyevdən Qaxdakı seçkilərin nəticələrini ləğv etməsini xahiş edirlər.