İcra başçısı Musa Şəkiliyev Ləkit kəndininin sakinləri ilə görüş keçirib

01:20 | 18 Fevral, 2020

11 fevral 2020-ci il tarixində Qax rayonu Ləkit kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur. Müraciətlər kənddaxili yollara asfalt tökülməsi, Ləkit şəlaləsinə qalxan yolun təmir olunması üçün texnikanın verilməsi və həmin yolun kənarına məişət tullantılarının atılmasının qarşısının alınması, subsidiyanın verilmə qaydaları ilə bağlı məlumatdırma, kəndə qaz xəttinin çəkilməsi ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Facebookda şərh edin