İcra başçısı Musa Şəkiliyev Zərnə kəndinin sakinləri ilə görüş keçirib

01:11 | 24 Fevral, 2020

18 fevral 2020-ci il tarixində Qax rayonu Zərnə kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur. Müraciətlər kəndin yuxarı hissəsinə içməli su xəttinin çəkilməsi, kənddəki qəzalı elektrik direktlərinin dəyişdirilməsi və transformatorun təmir olunması, həyətyanı torpaq sahələrindən keçən elektrik xətlərinin dəyişdirilməsi, kənd yolunun qalan hissəsinə də asfalt örtüyünün çəkilməsi ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Facebookda şərh edin