Deputat Azər Kərimlinin Londonda daha bir şirkəti üzə çıxdı – oğlunun adına qeydiyyatdan keçirilib

02:54 | 2 Mart, 2020

2000-ci ildən Qaxdan deputat olmuş Azər Kərimlinin Böyük Britaniyada daha bir şirkəti üzə çıxıb. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün Facebook səhifəsində paylaşım edib.

Məlumata əsasən, KARİMLİ LİMİTED (CARRIMLI LIMITED) 2018-ci ilin sentyabrın 13-də 11566535 saylı şəhadətnamə ilə Londonda qeydiyyatdan keçib.

Reyestr məlumatlarına görə şirkət daşınmaz əmlak satışı ilə məşğuldur.

Qeydiyyat ünvanı 186 Ability Place, 37 Millharbour, London, United Kingdom, E14 9DF.
Şirkətin təsisçisi Fəxri Kərimli Azərbaycan vətəndaşı, Oksford məzunudur. Atası Azər Kərimli Milli Məclisin son 5 çağırış deputatıdır.

Facebookda şərh edin