Qax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri idman və intellektual oyunlara maraq göstərirlər

20:18 | 3 Mart, 2020

Qax Gənclərin İnkişaf və Karyera Mərkəzində fəaliyyət göstərən “İntellektual klub” yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq üçün bir-birindən maraqlı layihələr həyata keçirir.

Mərkəzin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, klubun təşkilatçılığı ilə keçirilən növbəti “Nə? Harada? Nə zaman?” intellektual oyununda 3 komandanın tərkibində 18 gənc öz bilik və bacarığını nümayiş etdirib. Yarışın yekun nəticələrinə əsasən, “Zirvə” komandası qalib adını qazanıb. Sonrakı yerləri “Kanarya” və “Vendetta” komandaları tutub.

Mərkəzdə, həmçinin “Futbol klubu” layihəsinin icrasına da başlanılıb. Məqsəd gənclərin fiziki cəhətdən sağlam inkişaf etmələrinə şərait yaratmaqdır. Layihə çərçivəsində klubun üzvləri Qax Olimpiya İdman Kompleksində keçirilən futbol oyununda mübarizə aparıblar.

Mərkəzin direktorunun sözlərinə görə, növbəti günlərdə “Kitab klubu”, “Anı danış”, “İşgüzarlar klubu”, “Tarixdəki izimiz” və digər tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

Facebookda şərh edin