Qaxda tütün əkini ilə əlaqədar indiyədək 271 fermerlə müqavilə bağlanılıb

20:32 | 6 Mart, 2020

2020-ci ildə Qax rayonunun təsərrüfatlarında 500 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Əkin sahələrinin 400 hektarına “Virciniya botaniki”, 100 hektarına isə “Berley” və yerli “İmmuniy” növlü tütün əkiləcək. Tütün əkini ilə əlaqədar 481 nəfər müraciət edib. Bu günədək 271 fermerlə müqavilə bağlanılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən indiyədək 5685 kvadratmetr sadə istixanalar hazırlanıb və bu iş davam etdirilir. Bu günədək 4991 kvadratmetr istixanaya toxum səpilib. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin ortalarında sahələrə köçürüləcək.

Facebookda şərh edin