Qaxda fərdi yaşayış evi yandı – FOTO

12:59 | 14 Mart, 2020

Qax rayonunda yanğın hadisəsi olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin H.Əliyev prospekti döngə 1, ev 5 ünvanında, Sabiddin Muradova məxsus ümumi sahəsi 140 kvadratmetr olan fərdi yaşayış evində baş verib.

Yanğın zamanı ikiotaqlı evin 1 otağı və eyvanı içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qax rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Facebookda şərh edin