Qaxda 57 yaşlı piyadanı avtomobil vurdu – FOTO

13:03 | 14 Mart, 2020

Qax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, qəza bu gün səhər saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Ford” markalı avtomobil Qax rayon sakini, 1963-cü il təvəllüdlü Arif Şahid oğlu Abdullayevi vurub.

Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 57 yaşlı A.Abdullayevin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Facebookda şərh edin