Özünüməşğulluq proqramı çərçivəsində ötən il Qaxda 75 nəfər aktivlərlə təmin olunub

13:10 | 14 Mart, 2020

Ötən il Qax Rayon Məşğulluq Mərkəzində qeydiyyatda olan 107 nəfər işsiz, işaxtaran və sosial müdafiəyə ehtiyacı olan vətəndaş özünüməşğulluq proqramı çərçivəsində keçirilən təlimlərdə iştirak edib. Təlimləri müvəffəqiyyətlə başa vuran 75 nəfər aktivlərlə təmin olunub. Onlardan 68 nəfər heyvandarlıq, 6 nəfər arıçılıq, 1 nəfər isə xidmət sahəsi üzrə öz şəxsi təsərrüfatlarını yaradıblar.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Bəsti Həsənova məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu ilin fevralında ilkin mərhələdə daha 17 nəfər təlimlərə cəlb olunub. Onlardan 14 nəfər heyvandarlıq, 1 nəfər arıçılıq, 2 nəfər isə xidmət sahələri üzrə təlimlərdə iştirak edir.

Facebookda şərh edin