Qaxda 67 yaşlı kişini “KamAZ” vuraraq öldürdü

22:28 | 14 Mart, 2020

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şəki-Qax yolunun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax istiqamətində hərəkətdə olan Qax rayon sakini Amiran Papiaşvili idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən rayonun Əmbərçay kənd sakini, 1953-cü il təvəllüdlü Fikrət Sadıx oğlu Əhmədovu vurub.

Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına aparıldıqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Facebookda şərh edin