Milli Məclisdə koronavirusla bağlı müzakirə keçiriləcək

12:16 | 16 Mart, 2020

Milli Məclisin sabahkı plenar iclasında koronavirusla bağlı tədbirlərin görülməsi barədə məsələ müzakirə ediləcək.

Bu barədə “Report”a parlamentdəki mənbələrdən məlumat daxil olub.

Qeyd edək ki, iclasda “Təhsil haqqında”, “Elm haqqında”, “Peşə təhsili haqqında”, “Sərhəd mühafizə orqanları haqqında”, “Lisenziyalar və icazələr haqqında” və digər qanunlara dəyişiklik layihələri də müzakirəyə çıxarılacaq.

Facebookda şərh edin