Qaxda yaşayış evində baş verən partlayışda xəsarət alan qadın ölüb

17:51 | 19 Mart, 2020

Qaxda yaşayış evində baş verən partlayışda xəsarət alan qadın dünyasını dəyişib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Qax rayonu Qıpçaq kənd sakini, 1956-cı il təvəllüdlü Narıngül İlham qızı Osmanova Respublika Yanıq Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, N. Osmanova martın 18-i səhər saatlarında yaşadığı evdə qaz sobasını yandıran zaman anidən alovla müşahidə olunan partlayış baş verib. Nəticədə Narıngül Osmanova və əri, 1937-ci il təvəllüdlü Hacı Məhəmməd oğlu Osmanov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onlara Qax Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım edildikdən sonra vəziyyətləri ağır olduğu üşün müayinə və müalicələrini davam etdirmək üçün Respublika Yanıq Mərkəzinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Facebookda şərh edin