Qax sakini Bakıda evdən 44 min manatlıq oğurluq etdi – polislər tərəfindən saxlanıldı

14:41 | 21 Mart, 2020

Bakıda evdən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4 000 manat, 18 000 ABŞ dolları və 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qax rayon sakini K.Məhərrəmov saxlanılıb.

Facebookda şərh edin