Deputat Azər Kərimli Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü

18:39 | 25 Mart, 2020

Bildiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Fərman imzalanandan dərhal sonra millət vəkilləri Qüdrət Həsənquliyev, Azər Kərimli, Qənirə Paşayeva, Tamam Cəfərova və Fazil Mustafa Moderator.az-a açıqlamalarında öz əmək haqlarının bir hissəsini həmin fonda köçürəcəklərini bildiriblər.

Bir az əvvəl Millət vəkili Azər Kərimli də Moderator.az saytı ilə əlaqə saxlayaraq deputat həmkarlarının təşəbbüsünə qoşulduğunu bildirib.

Millət vəkili qeyd edib ki, dövlət başçısının da qeyd etdiyi kimi, pandemiyaya qarşı mübarizə milli birlik məsələsidir:

“Həmkarlarımın bu addımını təqdirəlayiq hesab edirəm və mən də öz növbəmdə əməkhaqqım hesabına 1000 AZN vəsaiti fondun hesabına köçürürəm”.

Facebookda şərh edin