Qaxlı gənclərdən nümunəvi addım – FOTO

13:24 | 26 Aprel, 2021

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyində fəaliyyət göstərən “Eko klub”un üzvləri növbəti ekoloji layihə həyata keçiriblər.

Nümayəndəliyin rəhbəri Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, gənclər “Təmiz Qax” layihəsi çərçivəsində Ağçay kəndinin ərazisində turizm baxımından əlverişli olan sahədə “Trashtag” təmizlik aksiyası keçirib, böyük bir ərazini tullantılardan təmizləyib, səliqə-sahman yaradıblar. Layihənin məqsədi gəncləri ətraf mühitin mühafizəsi işinə cəlb etmək, ekologiyanı qorumaqdır.

Aksiya zamanı gənclər karantin dövrünün tələblərinə uyğun olaraq qoruyucu vasitələrdən istifadə ediblər.

Mərkəzin rəhbəri belə layihələrin davamlı olacağını vurğulayıb.

Facebookda şərh edin