Qaxda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub

21:36 | 28 İyul, 2021

Hadisə saat 18 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolun Qax rayonunun Qarabaldır kəndinin ərazisindən keçən 97-ci km-də baş verib.

1988-ci il təvəllüdlü, Balakən rayonunun Tülü kəndində yaşayan Dinavasov Aruz Səidbəy oğlu idarə etdiyi “Kia Rio” markalı 99 OV 496 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu istiqamətindən Şəki rayonu istiqamətində hərəkətdə olarkən, Şəki rayonu istiqamətindən Zaqatala rayonu istiqamətində hərəkətdə olan 1987-ci il təvəllüdlü, Bakı şəhəri Şuşa şəhərciyi Ramana qəsəbəsində yaşayan Sofiyeva Nəzakət Nurəddin qızının idarə etdiyi “Chevrolet Aveo” markalı 90 PH 732 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəza nəticədə hər iki avtomobilin sürücüləri, “Kia Rio” markalı avtomobilin salonunda olan sürücü Aruz Dinavasovun azyaşlı övladı, 2020-ci il təvəllüdlü Balakən rayonunun Tülü kəndində yaşayan Dinavasov Yusif və “Chevrolet Aveo” markalı avtomobilin salonunda olan sərnişin, 1953-cü il təvəllüdlü Bakı şəhəri Qafqaz küçəsi ev 47A-da yaşayan Hüseynova Sürəyya Məhəmməd qızı və avtomobillərdə olan daha üç sərnişin aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan azyaşlı Yusif Dinasov müalicəsini davam etdirmək üçün Şəki RMX-a göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Facebookda şərh edin